• Bakı 22° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ermənilər Kirants kəndini boşaldır - Məşhur heykəl sökülür

CƏMİYYƏT

01 Iyun 2024 | 18:37 | Müəllif: Subhan Mahmudov

Ermənilər Kirants kəndini boşaldır - Məşhur heykəl sökülür

"Körpüdən kəndə (Kirants kəndi - red.) 100 metr aralıda yerləşən aşırımda çayın yaxınlığında qoyulmuş sərhəd dirəklərindən birini çay aparıb". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kirants sakinlərindən biri erməni KİV-ə açıqlayıb. 

"Çox güman ki, bir neçə gün əvvəl Debet və Ağstev çaylarının daşdığı vaxt sütun aparılıb. Kəndə ən yaxın sütunlardan biri idi. Sərhədin demarkasiyası aparılsa da, azərbaycanlılar hələlik həmin əraziyə yerləşdirilməyib, onlar alternativ yolun çəkilməsini gözləyirlər", - o qeyd edib. 

Kirants kəndinin başçısı Kamo Şahinyan bildirib ki, hazırda Kirantsın girişində qoyulmuş məşhur qartal heykəlini də sökürlər: "Artıq yığışdırırıq, başqa işimiz yoxdur. Sakinlər hələ kəndi tərk etməyiblər, amma biz nə etdiyimizi başa düşməliyik, hələ heç nə başa düşmürük. Alternativ yol çəkirlər, azərbaycanlılar hələ o üç məntəqənin yanından kəndə tam enməyiblər, köhnə yol hələ də işləyir, bəlkə də iyulun 24-nə kimi alternativ yol çəkildikdən sonra enəcəklər". /unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026