"Sotka" qızıl yatağının erməni işçiləri mədəndən qaçıblar.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan deyib.
İkinci Qarabağ müharibəsi bitdikdən sonra yatağın yarısı Kəlbəcər bölgəsinin qərb sərhədindəki Azərbaycan qoşunlarının nəzarəti altına düşüb.
Lakin son günlər Ermənistan silahlı qüvvələri Kəlbəcər bölgəsində Azərbaycan ordusunun mövqelərini davamlı atəşə tutur. Azərbaycan ordusu cavab atəşi ilə düşməni susdurur.
Ermənistan-Azərbaycan qarşıdurmasının episentrinin Sotka bölgəsinə keçməsi işçiləri qaçmağa məcbur edib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
.
















