ABŞ kosmos gəmisi və raket istehsalçısı SpaceX tərəfindən ilk dəfə astronavt olmayan “4 Inspiration” adlı raket 4 xüsusi sərnişinlə 3 gün ərzində dünyanı gəzmək üçün Kennedy Kosmos Mərkəzindən buraxıldı.
Bakıvaxtı.az xəbər verir ki, Dörd "həvəskar astronavt" ın üç günlük kosmik səyahəti başladı. Elon Musk-ın SpaceX şirkəti tərəfindən istehsal olunan Dragon kapsulunun içərisində dördlük Falcon-9 raketi ilə orbitə buraxıldı. Dörd astronavt önümüzdəki üç gün ərzində orbitdə qalacaq və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün dərman kampaniyalarına dəstək verəcək.
Uçuş komandanın bir hissəsi olan ABŞ milyarderi iş adamı Jared Isaacman tərəfindən maliyyələşdirilir.
Bu kosmik səyahət milyarder iş adamları Richard Branson və Jeff Bezosun bənzər səyahətlərindən sonra kosmik turizmin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olaraq görülür.
Qrupdakı digərləri isə tibb işçisi, müəllim və məlumat analitikidir.
Başqa insanları da macəralar yaşamağa sövq edən dördlüyə bu səbəbdən “Inspiration4” deyilir.
Yerli vaxtla saat 20:03 -də (Cümə axşamı 03:03) ABŞ -ın Florida ştatındakı Kennedy Kosmos Mərkəzindən havaya qalxdıqdan sonra, raket 10 dəqiqə ərzində orbitə çatıb.
Yerdən 575 kilometr yuxarı qalxması planlaşdırılan kapsul uçuş zamanı Beynəlxalq Kosmos Stansiyasından 150 kilometr yüksək orbitdə olacaq.
Dördlüyün üç günlük səyahət zamanı təcrübələr aparacağı və böyük bir şüşə günbəzdən dünyanı seyr edəcəyi bildirilib.
Günbəz, normal olaraq, Beynəlxalq Kosmos Stansiyasına bağlandığı Dragon kapsulunun ucuna qoyulub. Bu uçuşun Beynəlxalq Kosmos Stansiyasına qoşulmaması SpaceX -ə belə bir fürsət verdi.
Qrupun 6 aylıq təlim keçməsinə baxmayaraq, uçuş zamanı idarəetmə yerdə olacaq.
Səfərin sonunda kapsul Atlantik Okeanına enəcək.
Aytac Aslan
















