• Bakı 24° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şahdağda qanunsuz ov edənlər yaxalandı

CƏMİYYƏT

15 Oktyabr 2021 | 18:56 | Müəllif: Subhan Mahmudov

Şahdağda qanunsuz ov edənlər yaxalandı

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4 min manat məbləğində cərimələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026