• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda intiharın qarşısı alındı

CƏMİYYƏT

15 Oktyabr 2021 | 21:11 | Müəllif: Subhan Mahmudov

Bakıda intiharın qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026