• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

18 oktyabr iş günüdür - Rəsmi

CƏMİYYƏT

16 Oktyabr 2021 | 00:36 | Müəllif: Subhan Mahmudov

18 oktyabr iş günüdür - Rəsmi

Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

Həmin günlər hər il bayram kimi qeyd olunacaq.

Qeyd edək ki, oktyabrın 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026