• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənilər Xankəndində qondarma "müstəqillik günü" qeyd edir - AÇIQLAMA

SİYASƏT

27 Avqust 2021 | 10:40

Ermənilər Xankəndində qondarma "müstəqillik günü" qeyd edir - AÇIQLAMA

Sentyabrin 2-də Xankəndidə seperatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır. 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni seperatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Seperatçıların "parlament sədri" Artur Tovmasyan İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb və onu qondarma "müstəqillik günü"nə dəvət edib.

Qeyd edək ki, bu, müharibədən sonra ermənilərin ilk “müstəqillik günü” qeydetmə planıdır.

Ermənilər Azərbaycana və dünyaya hansı mesajı verməyə çalışır?

Millət vəkili Fəzail Ağamalı Bakıvaxtı.az-a bildirib ki, bu, ermənilərin 44 günlük zəfərimizdən nəticə çıxarmadığını göstərir: “Revanşiz və seperatçı qüvvələrin barışmaz mövqeyini nümayiş etdirir. Bu cəhdlər heç bir nəticə verməyəcək. Mən tamamilə əminəm ki, bir il ərzində, yəni gələn il bu vaxta qədər orada seperatçıların izi-tozu da qalmayacaq. Ya onlar hansısa gizli bir yolla torpaqlarımızdan rədd olub çıxıb gedəcəklər, ya da Azərbaycan dövlətinin aparmış olduğu antiterror əməliyyatı ilə onlar məhv ediləcəklər”.

Deputat qeyd edib ki, yaxın zaman kəsiyində Xankəndində, Xocalıda, Xocavəndin digər hissəsində, Ağdərədə - ermənilərin hazırda yaşamış olduğu bütün yerlərdə Azərbaycanın inzibati idarə sistemi tətbiq olunacaq və üçrəngli bayrağımız dalğalanacaq: “Onsuz da bu torpaqlar qələbəmizdən sonra vətənimizə qovuşub, biz buna nail olmuşuq. Ermənilər sadəcə bu addımlarla dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb etməyə çalışır və daha çox erməni diasporundan maliyyə mənimsəmək istəyirlər. Bütün bu cəhdlər mənasızdır və buna özünütəsəllidən başqa qiyməti vermək mümkün deyil”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026