• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ermənistan itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir” - Ombudsman

SİYASƏT

30 Avqust 2021 | 10:59

"Ermənistan itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir” - Ombudsman

“Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

"Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”, - S.Əliyeva əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026