• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

"Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir" - Nazir

SİYASƏT

27 Dekabr 2022 | 16:45

"Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir" - Nazir

“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir: “Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.

C.Bayramovun sözlərinə görə, Ermənistan tərəfi bir sıra danışıqlarla bağlı ictimaiyyətə məlumatlar sızdırır: “Bu, ziyanlıdır. Belə addımlar manipulyasiya xarakteri daşıyır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR