Ermənistanda öıümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az bu barədə "Sputnik Armenia"ya istinadla xəbər verir.
Məlumata görə, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib. Belə ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində11 nəfər ölüb, 6 nəfər yaralanıb.
















