• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda pasport qıtlığı yaranıb

DÜNYA

23 Sentyabr 2021 | 11:46

Ermənistanda pasport qıtlığı yaranıb

“Ermənistanda vətəndaşlar yeni xarici pasport alan, yaxud onu dəyişən zaman ciddi problemlərlə qarşılaşırlar”.

Bakıvaxtı.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti material yayıb.

Qəzetin yazdığına görə, xarici pasportun alınmasında problemlərin olduğuna dair Ermənistanın müxtəlif bölgələrindən redaksiyaya telefon zəngi edilir: “Vətəndaşlar Pasport-viza idarəsinin regional bölməsindən şikayət edirlər. Onlar bildirirlər ki, bölmədən pasport almağa gedəndə rədd cavabı alırlar. Vətəndaşlara kağız olmadığı üçün pasportun çap edilmədiyini deyiblər”.

“Joxovurd”in yazdığına görə, oxşar problemlə Ermənistanın Eçmiadzin, Malatya, Armavir və başqa rayonlarının sakinləri üzləşir.

Mütəxəssislərin fikirincə, son zamanlar Ermənistandan mühacirət etmək istəyənlərin sayı artıb. Odur ki, xarici pasporta tələbat artdığından bu sahədə qıtlıq yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026