• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ermənistanın hərbi təxribatları nəyə hesablanıb? - Hər an…

SİYASƏT

06 Aprel 2024 | 15:38

Ermənistanın hərbi təxribatları nəyə hesablanıb? - Hər an…

“Ermənistan nə çar Rusiyası dövrü, nə bolşevik Rusiyası dövrü, nə Levan Ter-Petrosyan dövrü, nə Köçaryan, nə Sarkisyan, nə də Paşinyan dövründə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”.

Bunu Bakıvaxtı.az-a hərbi ekspert Emin Həsənli Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini tez-tez atəşə tutmasından danışarkən deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra hər kəs gözləyirdi ki, Ermənistan ağlını başına yığacaq:

“10 noyabr bəyanatının şərtlərini Azərbaycan dövləti yerinə yetirdi. Birgünlük antiterror əməliyyatı keçirərək öz süverenliyini bərpa etdi. Separatçılar ordan çıxmadı. İndi də atəşkəsə əməl etmirlər, sülh danışıqlarını pozurlar”.

Hərbi ekspert Ermənistanın hər il sülhə dair dediklərini vurğulayaraq qeyd edir ki, onlar ümidverici çıxışlar etsələr də, tam əksi baş verir.

E.Həsənlinin sözlərinə görə, hər dəfə müxtəlif bəhanələr edərək deyirlər ki, guya erməni ordusunun bütün generalları ölkənin 5-ci kolonuna xidmət edir, Paşinyanın əmrinə tabe olmur, bu generalların adı açıqlanmır, növbəti dəfə atəşi pozanların sərxoş halda və ya ruhi xəstə olduğu bildirilir:

“Yəni belə davam edə bilməz. İndi də saysız həddə atəşkəsin pozulması onu göstərir ki, Ermənistan son dövrdə fəallaşıb və eyni zamanda cəbhəyə ordu yığır və hay-küy də edir ki, Azərbaycan mübaribə edəcək. Onların taktikası həmişə belədir”.

 

Emin Həsənli: Azərbaycanı haqlı davasında haqsız duruma gətirmək istəyirlər

Müsahibimiz onların bölgədə vəziyyəti gərginləşdirib, dünyanın diqqətini bura cəlb etmək istəydiyini diqqətə çatdırıb.

O, ermənilərin toplu halda Qarabağdan çıxarılmasının məqsədinin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi olduğunu, amma edilmədiyi üçün də onların başqa yollara əl uzadaraq beynəlxalq birliyin Azərbayana qarşı təzyiqinə nail olub, Azərbaycanı haqlı davada haqsız duruma gətirmək istədiklərini bildirib:

“Beynəlxalq aləm məcbur etdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəndə sakit durun. Ona görə də Azərbaycan vaxtında beynəlxalq təşkilatlarla işbirliyi aparmışdı. BMT-nin, Avropa İttifaqının, Avropa Şurasının, İslam Ölkələri Təşkilatının qərarları var idi. Dünyada hər kəs Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırdı və süverenliyinin bərpasında da buna məcbur oldular”.

Ermənistanın ara-sıra hümanitar məsələləri bəhanə etdiyini vurğulayan müsahibimiz, rəsmi İrəvanın bunda iki məqsədinin olduğunu deyir:

“Birincisi,beynəlxalq aləm Azərbaycana təzyiq etsin, ikincisi daxili ictimaiyyəti qorxu içərisində saxlasın ki, hər an müharibə başlaya bilər ”.

Həmsöhbətimiz sonda bu addımların yalnız Azərbaycana təzyiqlər olmadığını, eynizamanda Qərbdən yardımlar almaq üçün olduğunu vurğulayıb:

Paşinyanın Aİ və ABŞ rəhbərləri ilə görüşündə 270 milyon avro və 65 milyon dollar alıb dilənməsi buna bariz nümunədir”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026