Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun olacağı ilə bağlı informasiyalar yayılıb. Artıq ünvanlar da bəllidir: Vaşinqton və Moskva.
Ermənistan tərəfinin nəzərdə tutulan görüşlərdən əvvəl təxribatlar törətməsi hər kəsə bəllidir. Məsələn, Praqa, istərsə də Brüssel görüşlərindən əvvəlki təxribatlar yaddan çıxmayıb.
Düşmən tərəfi “taktika”sından bu dəfə də vaz keçmədi. İstər hərbçimiz Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyülərək əks olunduğu videonun yayımlanması, istərsə də İrəvanda keçirilən ağır atletika üzrə beynəlxalq yarışın açılış mərasimində Azərbaycan bayrağının yandırılması ölkə gündəmini zəbt edən məsələlərdir.
Bütün bunlar planlaşdırılan Moskva və Vaşinqton görüşlərinə necə təsir göstərəcək?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı Bakıvaxtı.az-a bildirib ki, Ermənistan tərəfi açıq-aydın şəkildə bu proseslərdən qaçır:
“Artıq bəllidir ki, onlar Avropa İttifaqının vasitəçiliyindən imtina edirlər. Onlar bir dəfə də Moskva görüşündən imtina edib. Ola bilsin ki, Ermənistan tərəfinin məqsədi bu və ya digər addımlarla Vaşinqtonun da təşəbbüsünü nəticəsiz qoysunlar”.
Onun sözlərinə görə, ermənilər törətdikləri təxribatlarla ya görüşlərə qatılmamağı, ya da vaxt uzatmağı planlaşdırır.
T.Zülfüqarov qeyd edib ki, ümumilikdə ermənilərin görüşlərdən əvvəlki təxribatları heç bir nəticə əldə olunmamasına hesablanır.
Nuranə Daxilqızı









jpg-1684323973.webp)






