• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir” - Bayramov

SİYASƏT

17 May 2023 | 15:44

“Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir” - Bayramov

Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib.

“Azərbaycan Ukraynadakı hazırkı böhranın Avropada sülh və təhlükəsizliyə xələl gətirməkdə davam etdiyinə görə dərin təəssüf hissi keçirir. Azərbaycan münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Ağır humanitar nəticələr insanların əzablarını yüngülləşdirmək üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”, - XİN rəhbəri deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026