• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ETSN "Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırmalara başladı

CƏMİYYƏT

24 Avqust 2021 | 18:25 | Müəllif: Subhan Mahmudov

ETSN "Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırmalara başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtda fəaliyyət göstərən "Zoobulvar" adlı obyektdə araşdırmalara başlayıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir.

"Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq" - deyə, nazirlik bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026