• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evi tərk edən koronavirus xəstəsi saxlanılıb - FOTO

CƏMİYYƏT

17 Dekabr 2021 | 21:52 | Müəllif: Subhan Mahmudov

Evi tərk edən koronavirus xəstəsi saxlanılıb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində virusun daşıyıcısı olan rayon sakini 2005-ci il təvəllüdlü Hüseynli Həsən Mehman oğlu yaşadığı evi icazəsiz tərk etdiyi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, o, yaşadığı evdən çıxaraq virusun digər insanlara keçməsi təhlükəsi yaradıb.

Əməliyyat tədbirləri nəticəsində Hüseynli Həsən rayon ərazisində saxlanılaraq yaşadığı evə geri gətirilib.

Hazırda Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR