• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Omikron əsnəməklə də keçə bilər 

CƏMİYYƏT

16 Yanvar 2022 | 14:15 | Müəllif: Qalib İbrahimoğlu

Omikron əsnəməklə də keçə bilər

Koronavirusun “Omikron” ştamının daşıyıcısı asqırdıqda və ya öskürdükdə eyni anda 100-ə qədər insanı yoluxdura bilər.

Bakıvaxtı.az aztibb.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq Vladimir Bolibok deyib.

Onun sözlərinə görə, tərkibində virus hissəcikləri olan aerozolun təcrid olunması üçün adi nəfəs almaq, əsnəmək və ya danışmaq kifayətdir:

“İnsan danışdıqda, nəfəs aldıqda və ya əsnədikdə, başqa bir insana yoluxmaq üçün kifayət qədər virus ehtiva edən bir aerozol buraxılır. Əgər “Omikron” xəstəsi öskürürsə və ya asqırırsa, o zaman bu rəqəm bir dəfəyə 100 nəfərə çatar”.

Mütəxəssis “Omikron”un yoluxuculuq baxımından ən yoluxucu xəstəlik sayılan qızılcanı ötməsinə də aydınlıq gətirib. Bildirib ki, bu səbəbdən də indi eyni vaxtda yoluxmuş çoxlu sayda insan var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026