• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azəriqaz"ın smart kartlarına pul yükləmək olmur - AÇIQLAMA

CƏMİYYƏT

16 Yanvar 2022 | 20:55 | Müəllif: Qalib İbrahimoğlu

"Azəriqaz"ın smart kartlarına pul yükləmək olmur - AÇIQLAMA

"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Terminallarda proqram dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Verilən məlumata görə, proqram təminatı yenilənmiş terminallarda ödənişləri həyata keçirmək mümkün olmurdu. Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub.

""E-manat"-dan bizə bildirildi ki, terminallarda bu problemin həlli üçün iş aparılır. Hazırda isə metrolarda yerləşən terminallarda "Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkündür. Problem müvəqqətidir, tezliklə həll olunacaq".

Qeyd edək ki, vətəndaşlar sosial şəbəkələrdə bir sıra ödəniş sistemlərində "Azərsu" və "Azəriqaz"ın smart kartlarının balansının artırmağın mümkün olmadığı bildirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR