• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Fars qrupları məqsədlərinə çatmamalıdır

SİYASƏT

26 Avqust 2022 | 10:09

Fars qrupları məqsədlərinə çatmamalıdır

“Azərbaycan-İran arasında vəziyyətin gərginləşməsində maraqlı olan bəzi fars qrupları və Qafqazdan uzaqda olan beynəlxalq aktorlar məqsədlərinə çatmamalıdırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib.

Ekspertin sözlərinə  görə, məlumdur ki, Azərbaycan bu illər ərzində dəfələrlə edilmiş təkliflərə baxmayaraq, qonşularına qarşı təşkil olunan ittifaqlarda yer almadı və bundan sonra da almayacaq:

“Çünki, siyasətdə böyük dövlətlərin öz hədəfləri hesabına xalqları və dövlətləri qurban verdiyi məlum faktlardandır. Lakin, bu o demək deyil ki, bizə qarşı davamlı xarakter alan anti - Azərbaycan kampaniyalarına göz yumulacaq və hadisələr sanki eşidilməyəcək. Qonşuların bir-birinə hörməti qarşılıqlı olmalı, çıxışlarda "pərdə" götürülməməlidir. Təəssüflər olsun ki, ölkəmizə qarşı yaraşmayan münasibətin şahidiyik. Dırnaqarası dindarlar tərəfindən başladılan, jurnalistlər tərəfindən davam etdirilən və hazırda diplomatlar tərəfindən Azərbaycan torpaqları ilə bağlı ardıcıl xarakter daşıyan işğalçıya məxsus olan bəyanatlar ziyanlı və qəbuledilməzdir. Əgər kimlərsə tarixi yadlarına salmaq istəyirlərsə o zaman X əsrdən - XX əsrin 20 ci illərinə qədər hansl dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını unutmasınlar”.

Z.Məmmədov bildirib ki, reallığı qəbul etmək lazımdır:

“Azərbaycanın tarixi ərazilərini bərpa etməsi qaçılmaz prosesdir. Bayrağımız qədim Zəngəzurumuzda dalğalanacaq. Laçın- Qarakilsə- Naxçıvan, Füzuli- Mehri-Naxçıvan yollları da ən qısa tarixin reallığıdır. Ən nəhayət, yeni proseslər regiona sabitlik və firəvanlıq gətirəcək. Azərbaycan 6 lıq platformasını təklif edərək qalib dövlət kimi hər kəsə böyük Qafqaz evində əmin - amanlığa töhfə verməyə dəvət edir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026