• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İSTAD Ermənistanı və havadarlarını qınadı - FOTO

SİYASƏT

25 Sentyabr 2022 | 09:34

İSTAD Ermənistanı və havadarlarını qınadı - FOTO

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəəniyyət Dərnəyi (İSTAD) Ermənistanın sərhədyanı bölgələrə və Azərbaycan səfirliklərinə son hücumlarına etiraz olaraq Taksim meydanında aksiya keçirib.

Bakıvaxtı.az xəbər verir ki, aksiyada Ermənistanın sərhədyanı rayonlarda son hərəkətləri və Azərbaycan səfirliklərinə hücumları ilə bağlı etiraz bəyanatı qəbul edilib. Bəyanatda Ermənistan və onun himayədarı - ABŞ və Fransa qınan pisləyib.

İSTAD sədri Səfər Qaraqoyunlu Qərbin Ermənistana verdiyi böyük dəstəyi tənqid edib: "Burada toplaşmağımızın səbəbi Ermənistanın Azərbaycan sərhədində son hücumlarıdır. Ermənistanın sərhəd bölgəsində törətdiyi təxribat cavabsız qalmayıb. Təəssüflər olsun ki, 77 əsgərimiz şəhid olub".

"Biz sülh tərəfdarıyıq, amma əmin olun ki, yenidən müharibə başlayarsa, Zəngəzur dəhlizini deyil, bütün Zəngəzur bölgəsini almağa hazırıq" deyən Qaraqoyunlu haqq mübarizəsində Azərbaycanın tək qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, 85 milyon türk xalqı və 300 milyon türk dünyası Azərbaycanın yanındadır.

Aksiyada digər QHT nümayəndələri də iştirak edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR