• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Fədailər" adlı kitabının təqdimatı keçirilib

CƏMİYYƏT

27 May 2021 | 15:19

"Fədailər" adlı kitabının təqdimatı keçirilib

Şairə, publisist, ömrünü şəhidlərimizin tanıdılmasına həsr edən vətənpərvər şairə Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti "Fədailər" adlı kitabının təqdimatı keçirilib.

"Fədailər" kitabında müəllifin 100-ə yaxın şəhidimizə həsr etdiyi ithaf şeirlər, ümumilikdə isə 240-a yaxın şəhid mövzulu şeirlər yer alıb. Kitabın ön sözü Respublikanın əməkdar artisti, bədii-qiraət ustası Ağalar Bayramova məxsusdur. Tədbir Nərimanov Rayon İcra hakimiyyətinin gənclər və idman idarəsinin təşkilatçılığı ilə Təfəkkür Unversitetində keçirilib. Ölkəmizdə baş verən pandemiya səbəbindən məhdud sayda qonaqların iştirakı ilə baş tutan tədbirdə bir çox şəhid ailələri ilə yanaşı qazilər, hərbçilər, ilahiyyatçı alim Hacı Ramil Bədəlov və vətənpərvər gənclər iştirak edib.

Tədbirdə ilk olaraq Nərimanov Rayon İcra hakimiyyətinin gənclər və idman idarəsinin idarə rəisi Nəcəf Novruzov çıxış edib. Tədbirdə Mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, Zakir Cəfərovun anası Kəmalə Cəfərova, Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanov, Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, Sənan Axundovun xanımı Nəcibə Axundova, ilahiyyatçı Hacı Ramil Bədəlov, Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü qazi Anar Məmmədov, qazi Ülvi Qədirov və vətənpərvər gənc Tamerlan Əkbərov çıxış ediblər. Tədbiri yekun çıxışı ilə kitabın müəllifi Manya Səxavətqızı tamamlayıb. Daha sonra kitab ailələrə təqdim olunub, xatirə şəkili çəkilib.

 


"Fədailər" adlı kitabının təqdimatı keçirilib"Fədailər" adlı kitabının təqdimatı keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026