• Bakı C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Fələstin ABŞ administrasiyasına çağırış edib

DÜNYA

25 Iyul 2024 | 14:41

Fələstin ABŞ administrasiyasına çağırış edib

"ABŞ administrasiyası və Konqresi Qəzza zolağında müharibəyə son qoymaq üçün İsrailə təzyiq göstərməlidir".

Bakıvaxtı.az VAFA agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin prezidentinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna deyib.

O, bildirib ki, ABŞ administrasiyası və Konqresinin Netanyahuya qarşı "Amerika həqiqətən də regionda sülh və sabitliyə nail olmaq istəyirsə, dərhal müharibəni dayandırmalıdır" deməsinin vaxtıdır.

"Müharibənin dayandırılması üçün Administrasiya və Konqresin fürsəti var. Amerika tərəfi başa düşməlidir ki, İsraili dəstəkləmək, onu silah və pulla təmin etmək, beynəlxalq legitimliyə qarşı çıxmaq ABŞ-ni Fələstin xalqına qarşı cinayətlərə görə məsuliyyətə cəlb edir", - deyə Rudeyna qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Aprel 2025