• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fərid Qayıbov ABŞ səfiri ilə görüşdü

SİYASƏT

14 Oktyabr 2021 | 12:05 | Müəllif: Subhan Mahmudov

Fərid Qayıbov ABŞ səfiri ilə görüşdü

Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, lkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026