• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri...

DÜNYA

21 Oktyabr 2024 | 12:04

Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri...

Ölüm xəbəri yayılan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin harada dəfn olunacağı açıqlanıb.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, təşkilatın keçmiş kəşfiyyat hesabatlarına əsasən Gülən Pensilvaniyada dəfn olunacaq.

Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.

Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, "qürbətçi məzarlıq" adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.

Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026