• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Fəzail Ağamalının dəfn yeri məlum oldu - YENİLƏNİB

CƏMİYYƏT

10 Fevral 2026 | 10:00

Fəzail Ağamalının dəfn yeri məlum oldu - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı vəsiyyətinə uyğun olaraq Ramanada ata və anasının qəbri yanında dəfn olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a F.Ağamalının oğlu Elçin Ağamalı deyib.

***

09:06

Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşım edib.

Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Mərhunun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir.

Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR

09 Fevral 2026