• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

FHN ayağı sınmış qadına belə yardım etdi

CƏMİYYƏT

23 May 2023 | 20:40 | Müəllif: Subhan Mahmudov

FHN ayağı sınmış qadına belə yardım etdi

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayan vətəndaşın köməyə ehtiyacı yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bina sakini 1966-cı il təvəllüdlü N.İslatovanın ayağının sınması və ağır çəkili olması səbəbdən köməyə ehtiyacı olduğu müəyyən edilib.

Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu təhlükəsizlik qaydalarına riayət etməklə qadını binanın həyətinə düşürərək Təcili Tibbi Yardım briqadasına təhvil verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026