• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fidan Blinkenlə Bakı-İrəvan danışıqlarını müzakirə etdi

DÜNYA

12 Noyabr 2024 | 23:36 | Müəllif: Subhan Mahmudov

Fidan Blinkenlə Bakı-İrəvan danışıqlarını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Qəzzadakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçəli məlumat verib.

“Bu axşam xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb”, - Keçəli bildirib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər Qəzzada mövcud vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026