• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Firuzə İbadova həmkarının ölümündən DANIŞDI

MƏDƏNİYYƏT

25 Iyul 2023 | 10:14

Firuzə İbadova həmkarının ölümündən DANIŞDI

Əməkdar artist Firuzə İbadova illər əvvəl keçirdiyi plastik əməliyyat zamanı dünyasını dəyişən müğənni Reyhan Müslümovadan söz açıb. 

Bakıvaxtı.az xəbər verir ki, müğənni verilişlərin birinə müsahibəsində mərhum həmkarının başqalarının fitvasına uyaraq plastik əməliyyata getdiyini açıqlayıb:

“Qastrola gedəndə evimiz üçün darıxırdım. Reyhan otururdu yanımda və bir söz deyərək o dəqiqə adamın ürəyini alırdı. Əvvəllər saçım çox buruq idi. Saçlarımı açırdı və müxtəlif saç düzümləri edirdi. Reyhan Müslümova gələndə mütləq şadlıq, sevinmək olurdu. Onun çox gözəl əl qabiliyyəti vardı. Yeməkləri gözəl bişirirdi. Qazanımız, “peç”imiz vardı. Hara getsək, yeməyi Reyhan bişirirdi. O nə qədər güclü olsa da, deyirdi ki, gedib əməliyyat etdirməliyəm. O, iradəsizlik etdi. Loru dillə desək, Reyhan fitvaya getdi”.

Firuzə İbadovanın sözlərinə görə, müğənni Xəyyam Nisanovun sənətə gəlməyində mərhum Reyhan Müslümovanın çox böyük rolu olub: 

“Reyhan Müslümova əslən qubalı idi və yəhudi dilini çox gözəl bilirdi. Xəyyamın atası da musiqiçi olub. O zamanlar Reyhan xanım müğənni Xəyyam Nisanovun evinə gedib-gəlirdi. Xəyyamın müğənni olmasında Reyhanın çox böyük rolu oldu. Xəyyama ilk mahnısında dəstək oldu”. 

Əməkdar artist sonda bildirib ki, R.Müslümova bir çox insanlara dəstək olsa da, həmin adamlar onun yas mərasiminə gəlməyiblər: 

“O, dünyasını dəyişəndə çox insan onun yas mərasiminə gəlmədi. Amma gəlmək lazım idi. Çünki Reyhan o gəlməyən insanlara çox yaxşılıqlar etmişdi. Onlara dəstək olmuşdu".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026