• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Flora Kərimova dedi, bunu etmə..." - Zülfiyyə Xanbabayeva

MƏDƏNİYYƏT

02 Yanvar 2022 | 18:47 | Müəllif: Qalib İbrahimoğlu

"Flora Kərimova dedi, bunu etmə..." - Zülfiyyə Xanbabayeva

"Hər qadın kimi, alış-verişi sevirəm. Heç də baha olmayan bir şeyi alıb, onu yaxşı təqdim etmək lazımdır. O qədər baha geyinib, heç bir şeyi təqdim edə bilməyənlər var ki...".

Bakıvaxtı.az  xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Səhər mərkəzi" proqramında deyib.

"Geyimlərinizə çox pul xərcləyirsiniz" sualını cavablandıran Xalq artisti çox alış-veriş etməyi sevdiyini bildirib.

Xanbabayeva Xalq artisti Flora Kərimovanın ona məsləhətini açıqlayıb:

"Filmləri çəkiləndə deyirdim soyuqdur, gedirəm. Flora Kərimova çəkib kənara dedi ki, etmə bunu, kənardan qeyri-peşəkar gösənir. Baxıram, Flora xanım oturub, demir mənə soyuqdur. Təranə Muradova, Afaq Məlikova da mənə deyirdi ki, inildəmə, işə gəldin soyuğu, aclığı unut".

Gənc ifaçılardan söz açan müğənni "Gözəl gənclərimiz var, sadəcə oxuduqları musiqi... Trenddə başqa şeylər var" sözlərini söyləyib./axşam.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026