• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Afət Fərmanqızının həyat yoldaşı saxlanıldı - VİDEO

MƏDƏNİYYƏT

01 Fevral 2022 | 10:34 | Müəllif: Subhan Mahmudov

Afət Fərmanqızının həyat yoldaşı saxlanıldı - VİDEO

Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov adlı şəxs polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir  ki, o, bu barədə "Instagram"  hesabından paylaşım edib.

Müğənni bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026