• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxdu

MƏDƏNİYYƏT

01 Fevral 2022 | 13:43 | Müəllif: Subhan Mahmudov

“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxdu

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

Aktyor yanvarın 25-dən müalicə olunduğunu bildirib:

“Sonuncu dəfə teatrda “Dəli yığıncağı” tamaşasını oynadıq. Evə gələndə özümü pis hiss etdim. Həkim çağırdıq, müayinə etdilər, məlum oldu ki, virusa yoluxmuşam. Həkim nəzarəti altındayam. Yenidən ikinci testi vermişik, bu gün cavabı məlum olacaq. Heç yerə getmirəm, fevralın 7-nə kimi teatr da bağlanıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026