• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Flora Kərimova məhkəməni uddu - FOTO

MƏDƏNİYYƏT

05 Iyun 2024 | 14:25 | Müəllif: Qalib İbrahimoğlu

Flora Kərimova məhkəməni uddu - FOTO

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artisti sosial şəbəkədə paylaşım edib.

F.Kərimova bildirib ki, məhkəmə onun xeyrinə qərar verib:

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi.


Flora Kərimova məhkəməni uddu - FOTOFlora Kərimova məhkəməni uddu - FOTOFlora Kərimova məhkəməni uddu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026