• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fond hesabatların hazırlanması üçün 25 MİNƏ PROQRAM ALIR

CƏMİYYƏT

03 Aprel 2023 | 10:35

Fond hesabatların hazırlanması üçün 25 MİNƏ PROQRAM ALIR

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi "Maliyyə, Mühasibat, Kadr və Əmək haqqı, Planlama və Büdcə uçotunun aparılması; Büdcə və planlama, Vergi, DSMF və müvafiq idarəetmə hesabatlarının hazırlanmasını təmin edən 1C proqram təminatının" satınalınması üzrə tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Biznesin Avtomatlaşdırma və İnkişaf Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 25 min 690 manat dəyərində müqavilə imzalancaq.

Tenderlərin şərlərinə görə, bank və kassa əməliyyatları üzrə uçot, büdcənin idarə olunması, satınalma uçotu, satış uçotu, əsas vəsaitlərin uçotu və qeyri-maddi aktivlərin uçotu üzrə hesabatlılıq təmin edilməlidir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026