• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fondun tikdiyi məktəblərin sayı açıqlandı

CƏMİYYƏT

18 Dekabr 2023 | 10:37

Fondun tikdiyi məktəblərin sayı açıqlandı

"Hazırda 200-ə yaxın məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərir, bu rəqəmin məktəblərin 15 faizini əhatə etməsi planlaşdırılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli peşə təmayüllü siniflərin hesabat tədbirində deyib.

    O bildirib ki, bu istiqamətdə qarşıda kifayət qədər ambisiyalı hədəflər də var:

    "Son 20 ildə dövlət vəsaiti hesabına, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 4 minə yaxın məktəb ya təmir olunub, ya da tikilib. Biz başa düşürük ki, təkcə infrastrukturla kifayətlənmək olmaz. Həmçinin tədrisin təşkili də səmərəli qaydada həyata keçirilməlidir. Bu sahədə ixtisaslı müəllimlərin hazırlanması istiqamətində iş aparılır. Düşünürük ki, bu siniflərdən məzun olacaq şagirdlərimiz əmək bazarına daha hazırlıqlı olacaq. Peşə yönümlü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir".

    Aytac Aslan


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026