• Bakı C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

"Ford" ABŞ-də yarım milyona yaxın avtomobili geri çağırır

DÜNYA

24 Fevral 2026 | 18:21

Ford ABŞ-də yarım milyona yaxın avtomobili geri çağırır

"Ford Motor" şirkəti arxa asqı problemi səbəbindən ABŞ-də 412 770 "Explorer SUV" avtomobilini geri çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsindən (NHTSA) məlumat verilib.

Bildirilib ki, arxa asqının rıçaqları qırıla, bu isə idarəetmənin itirilməsinə gətirib çıxara bilər.

Bundan əlavə, "Ford" akkumulyatorda nasazlıq və əyləc pedallarında qüsur səbəbindən 40 655 avtomobili geri çağıracaq.

Qeyd edək ki, fevralın 24-də "Ford"un səhm kotirovkaları ilkin alqı-satqı zamanı 0.3% artıb. İlin əvvəlindən bəri şirkətin kapitalı 4% artıb (54.4 milyard dollara çatıb), "S&P 500" fond indeksi isə faktiki olaraq dəyişməyib.


SON XƏBƏRLƏR