• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

FORMULA 1

11 Iyun 2022 | 00:37 | Müəllif: Qalib İbrahimoğlu

“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

“Formula-1” üzrə Azərbaycan Qran-prisi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mövsümün səkkizinci mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

    “Formula-2”də sprint yarışının ən sürətliləri bəlli olacaq.

    Qran-prinin ikinci günündə “Formula-1” pilotları iki dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü – sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.

    Azərbaycan Qran-prisi
    11 iyun

    13:30-14:20. “Formula-2”. Sprint yarışı
    15:00-16:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
    18:00-19:00. “Formula-1”. Sıralama turu

    Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR