• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Formula 1” kuboku Şuşaya həsr olunub

FORMULA 1

12 Iyun 2022 | 09:16

“Formula 1” kuboku Şuşaya həsr olunub

10-12 iyun 2022-ci il tarixində Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir. 

Bakıvaxtı.az xəbər verir ki, zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa ili” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.
 
Yarışın rəsmi mükafatı həmçinin, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
 
Qeyd edək ki, kubok 12 iyun tarixində final yarışından sonra qaliblərə təqdim olunacaq.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Aprel 2024