• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bir manata görə üç il həbs cəzası aldı

CƏMİYYƏT

07 Oktyabr 2026 | 13:37 | Müəllif: Zeynəb Rzayeva

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya (ad şərtidir) hökm oxunub.

Bakıvaxtı.az Xitab24.az-a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib.

Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına 1 manat ödəniş edib.

Bu zaman qadın onun saxta profildən istifadə etdiyini və əsl adını müəyyənləşdirib, polisə məlumat verib.

Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan Y.M-nin işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaja məruz qoymaqla 1 manat əldə edən təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR