Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralananların tezliklə sağalmasını diləyir",-məlumatda qeyd olunub.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.