• Bakı 20° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Fuad Muradovdan səfirliklərimizə hücuma MÜNASİBƏT

CƏMİYYƏT

27 Sentyabr 2022 | 11:34

Fuad Muradovdan səfirliklərimizə hücuma MÜNASİBƏT

"Hesab edirəm ki, erməni təxribatı baş verən ölkələr buna çox sərt reaksiyalar verməlidir".

Bakıvaxtı.az xəbər verir ki,  bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan səfirliklərinin diplomatik korpuslarının hücuma məruz qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vəhşilikləri uzun illər Fransada yaşayan və fəaliyyət göstərən erməni icması həyata keçirib: "Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrdə qeyri-qanuni işlərlə məşğul deyil. Bizim sadəcə üç həftə ərzində 40-dan çox dinc aksiya və yürüşlərimiz baş tutub".

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.


SON XƏBƏRLƏR

25 Aprel 2024