• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Futbolçuların dodağı partlayıb, idman direktoru isə..." - "Mingəçevir"in rəhbəri

CƏMİYYƏT

07 Mart 2023 | 16:06

"Futbolçuların dodağı partlayıb, idman direktoru isə..." - "Mingəçevir"in rəhbəri

I Divizionda çıxış edən "Mingəçevir" klubunun bir neçə üzvü yol qəzasında xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ruslan Həmidov açıqlamasında bildirib.

O, özünün üzündən və almacıq sümüyündən xəsarət aldığını söyləyib: "Qəza zamanı harasa dəydim. Bu, böyük problem deyil. Futbolçulardan 4-5 nəfərin dodağı partlayıb. Hücumçumuz Tural Məmmədzadə isə ayaqlarından xəsarət alıb".

Sədr idman direktoru Zaur Qarayevin bir az narahatlığı olduğu üçün Bakıda özəl xəstəxanaya aparıldığını deyib: "Şükürlər olsun ki, ölüm təhlükəsi yoxdur. Zədəsi yüngüldür. Hər şeyi tam dəqiq bilmək üçün onu Bakıya göndərdik".

Qeyd edək ki, hadisə bu gün “Mingəçevir” komandası I Divizionun XX turunda “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026