• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Futzal millimizin dünya reytinqindəki yeri

İDMAN

13 Mart 2023 | 15:08

Futzal millimizin dünya reytinqindəki yeri

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib.

Bakıvaxtı.az xəbər verir ki, Joze Alesio Da Silvanın kollektivinin xalı 1384-dən 1363-ə enib.

Bunda yığmanın dünya çempionatının əsas mərhələsində Polşaya (2:7) məğlubiyyəti əsas rol oynayıb. Komanda martın 3-də Bakıda Yunanıstana 5:2 hesabı ilə qalib gəlsə də, dörd gün sonra Polşa səfərində bu uğuru davam etdirə bilməyib.

Xal itkisinə baxmayaraq, milli reytinqdə 14-cü pillədəki mövqeyini qoruyub.

Siyahıya ötən reytinqdə olduğu kimi, Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1796 xala malikdir. İspaniya (1772) ikinci, Portuqaliya (1753) isə üçüncü sıradakı yerini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR