• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Füzuli Hava Limanına beynəlxalq status verildi

CƏMİYYƏT

16 Oktyabr 2021 | 12:06

Füzuli Hava Limanına beynəlxalq status verildi

Füzuli Hava Limanına beynəlxalq status verilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR