• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Gələn il Azərbaycan təhsilində çox ciddi islahatlar olacaq - Ekspert

CƏMİYYƏT

29 Dekabr 2021 | 17:41 | Müəllif: Qalib İbrahimoğlu

Gələn il Azərbaycan təhsilində çox ciddi islahatlar olacaq - Ekspert

Hər təqvim ili dəyişəndə arxada qoyduğumuz ilə yenidən nəzər salır, “bu il nəylə yadda qaldı” deyə, sual veririk. 2021-ci ilin başa çatmasına da sayılı günlər qalır. Başa vuracağımız il təhsil sahəsində nəylə yadda qaldı? Təzə ildə bu sektorda nələri gözləyirik?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2021-ci ildə “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 250 məktəbinin 190 000-dən çox şagirdini əhatə etməsi mühüm hadisəsidir: “Belə ki, bu, ötən ilə nisbətən 28 məktəb və 90 000 şagird artımı deməkdir. 2021-ci ildə ölkə üzrə 55 rayon və şəhərdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu təşkil olunub. Bu qruplara 16041 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Bu, ötən ilə nisbətən 5 rayon, 350-ə yaxın qrup və 6835 nəfər uşaq artımı deməkdir. 2021-ci ildə baxçaların yenidən Təhsil nazirıliyinə verilməsio və təhsil işçilərinin əmək haqlarınınn 20 faiz artmasını mühüm hadisə kimi qeyd edə bilərik”.

Onun sözlərinə görə, Azərbaycan 2021-ci ilin sentyabrında tədrisi tam şəkildə pandemiya dövründə bərpa etdi ki, dünyada çox az sayda ölkə bunu edə bildi: “Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında qazandıqları medalalrın sayı 2021-ci ildə daha da çox oldu. 2021-ci ildə Təhsil Tələbə Kredit Fondunun fəaliyyətə başlaması və tələbələrə kreditlərin verilməsini xüsusi ilə qeyd etməliyik. Bu addım ali təhsilin əlçatanlılığının artırılmasına mühüm təsir göstərib”.

Dediyinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Zəfər yolu” devizi altında keçirilən UNEC İqtisadi Forumu 2021-ci ilin əhəmiyyətli hadisələrindəəndir: “ Bakı Ali Neft Məktəbinin qurulmasından 10 , Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsasənən qoyulmasından 100 il ötməsi də 2021-ci ilə təsadüf edib. Bakı Dövlət Universitetii 2021-ci ildə bir neçə universitetlə ikili diplom layihəsini tətbiq edib və dahi Nizami Gəncəvinin 860 illiyi münasibəti ilə böyük beynəlxalq elmi konfranslar təşkil edib”.

 Ekspert bildirib ki, 2022-ci il Azərbaycan təhsilinin qarşısına böyük hədəflər qoyulub: “Bunlar arasında ən vacibi ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasıdır. Çünki cənab prezident İlham Əliyev tərəfindən qəbul edilmiş 2019-2022-ci ildə Azərbaycan ali təhsilində beynəlxalq rəqabətliliyin artırılması ilə bağlı məsələnin başa çatması ilidir. Bu, çox ciddi bir məsələdir. Etiraf edək ki, bu gün Azərbaycanda ali təhsilin keyfiyyəti o qədər də qənaətbəxş və ümidverici deyil. Bunun fonunda, birmənalı şəkildə 2022-ci ildə ali təhsilin keyfiyyətinin artırılması istiqamətində addımlar gözləyirik. Həmçinin, prezidentin sərəncamına əsasən, bağçalar Təhsil Nazirliyinə verilib. Bu, özlüyündə təhsil sisteminə ciddi yeniliklər gətirəcəkdir. Hesab edirəm ki, bu da 2022-ci ildə qarşıda duran əsas məqsədlərdəndir”.

K.Əsədov yeni ildə dərsliklərlə bağlı da müəyyən yeniliklər gözlənildiyini də deyib: “Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3-cü ixtisas qruplarına coğrafiya fənninin tədbiqi ilə bağlı müəyyən məsələlər olacaq. Ümumiyyətlə, 2022-ci ildə Azərbaycan təhsilində çox ciddi islahatlar olacaq. Xüsusən “Ali təhsil haqqında” qanun qəbul edildikdən sonra digər normativ hüquqi aktlara dəyişikliklərin edilməsi gözləniləndir. Ümumilikdə, hesab edirəm ki, 2022-ci ildə bizi çox gərgin təhsil ili gözləyəcək. Burada 12 illik təhsilə keçidin də tədbiq edilməsi gündəmdədir.”

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026