• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Gələn ildən struktarlaşmış doktorantura proqramına başlanılacaq

CƏMİYYƏT

16 Dekabr 2025 | 11:40

Gələn ildən struktarlaşmış doktorantura proqramına başlanılacaq

Gələn ilin sentyabrından struktarlaşmış doktorantura proqramına başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm ve təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində deyib.

O bildirib ki, strukturlaşmış, yəni əvvəli və nəticəsi bilinən yeni nəsil doktorantura proqramlarına başlanılacaq:

"Məktəb və ali təhsil mərhələsində uzun illər ərzində formalaşmış problemlər nəticəsində elmi düşüncə, analitik yanaşma və metodoloji hazırlıq kifayət qədər inkişaf etməyib. Bunun nəticəsində yeni nəsil hələ doktorantura mərhələsindən etibarən elmi-tədqiqat fəaliyyətinə tam hazır vəziyyətdə başlaya bilmir".

Nazir bunu ciddi problem sayır:

"Müşahidələr göstərir ki, doktorantura səviyyəsində əsas çatışmazlıq real elmi araşdırma aparmaq bacarığının, tənqidi düşüncənin və metodoloji əsasların yetərincə formalaşmamasıdır. İnsanlar elmi fəaliyyəti necə planlamağı, necə ölçmə aparmağı, nəticəni necə əsaslandırmağı sistemli şəkildə öyrənmirlər. Metodologiya isə istənilən fəaliyyətin, istər elmi, istər sosial, istərsə də praktik sahənin əsas dayağıdır. Metodologiya olmadan nə davamlı elmi iş qurmaq mümkündür, nə də uzunmüddətli nəticə əldə etmək. Bu boşluq gələcəkdə daha böyük fəsadlara yol açır: sosial layihələr yaranmır, elmi ənənələr formalaşmır, tarixi ardıcıllıq və institusional yaddaş qurulmur".


SON XƏBƏRLƏR