• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncə qapıları qaytarılırmı? - Tiflisdən rəsmi açıqlama

CƏMİYYƏT

04 Fevral 2022 | 21:59 | Müəllif: Subhan Mahmudov

Gəncə qapıları qaytarılırmı? - Tiflisdən rəsmi açıqlama

Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir:

“Gəncə qapılarına gəlincə, bu məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Buna müvafiq olaraq, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunda da əks edilməyib”.

Qeyd edək ki, Gəncə qapılarının bir tayı qonşu ölkənin Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026