• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gəncədə avtomobil üç piyadanı vurub

HADİSƏ

04 Fevral 2022 | 00:32 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə avtomobil üç piyadanı vurub

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, qəza şəhərin Dədə Qorqud küçəsində, 39 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadaları, 1974-cü il təvəllüdlü Cəmilə İslam Qızı Salmanova, 1977-ci il təvəllüdlü Zərifə İsrafil qızı Məmmədova və 1968-ciiltəvəllüdlü Zəminə Cəfərovanı vurub. Avtomobil daha sonra binanın divarına çırpılıb.

Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026