• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Gəncədə DƏHŞƏT: Bir ailənin üç üzvü bıçaqlandı

HADİSƏ

30 Yanvar 2023 | 22:11

Gəncədə DƏHŞƏT: Bir ailənin üç üzvü bıçaqlandı

Sumqayıt sakini Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

25 Aprel 2024