Xəbər verdiyimiz kimi, Gəncədə məktəblilər arasında dava olub. Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəstəxanaya sadəcə 1 nəfər gətirilib.
Qeyd edilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.