• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Gəncədə şagirdlər arasında dava: xəsarət alan var - YENİLƏNİB 

HADİSƏ

16 Aprel 2024 | 14:30

Gəncədə şagirdlər arasında dava: xəsarət alan var - YENİLƏNİB

Gəncədə şagirdin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək

***

14:13

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.

Bakıvaxtı.az-ın məlumatına görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"a bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

"Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub.

***

13:44

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026